Los-Anceles şerifinin müavini patrul avtomobilində öldürülüb | DEFAKTO.AZ Los-Anceles şerifinin müavini patrul avtomobilində öldürülüb – DEFAKTO.AZ

Los-Anceles şerifinin müavini patrul avtomobilində öldürülüb

25


ABŞ-nin Kaliforniya ştatında Los-Anceles dairəsi şerifinin müavini şəxsi patrul avtomobilində naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.

Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Rayan Klinkanbrumer Los-Ancelesdən 95 km şimalda yerləşən Palmdaeyldəki şerif dairəsinin yaxınlığında huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə gələn təcili yardım briqadası onun öldüyünü bildirib. Hazırda atəş açan şəxsin kimliyi müəyyənləşdirilir.

Los-Anceles dairəsinin şerifi Robert Lunanın CNN-ə verdiyi məlumata görə, atəş çox güman ki, qəsdən olub.