“Sumqayıt” “Qarabağ”a, “Turan Tovuz” “Neftçi”yə qarşı: XXXII turun daha üç oyunu keçiriləcək | DEFAKTO.AZ “Sumqayıt” “Qarabağ”a, “Turan Tovuz” “Neftçi”yə qarşı: XXXII turun daha üç oyunu keçiriləcək – DEFAKTO.AZ

“Sumqayıt” “Qarabağ”a, “Turan Tovuz” “Neftçi”yə qarşı: XXXII turun daha üç oyunu keçiriləcək

7




Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.

DEFAKTO.az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Kəpəz”i qəbul edəcək.

Gəncə təmsilçisi 31 xalla 9-cu, “qırmızı qaralar” 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək.

Günün ikinci duelində avrokuboklara iddialı “Neftçi” “Turan Tovuz”u sınağa çəkəcək. “Ağ-qaralar” hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir.

Nəhayət, günün son qarşılaşmasında çempion “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq. “Köhlən atlar”ın 73 xalı var. “Kimyaçılar” 47 xalla 4-cü sıradadır.

Azərbaycan Premyer Liqası

XXXII tur

28 aprel (bazar)

15:30. “Qəbələ” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Qəbələ şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Neftçi Arena”

20:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

M.H. adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura aprelin 29-da “Zirə” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Ötən gün “Sabah” “Səbail”i iki cavabsız qolla üstələyib.