“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq – SƏBƏB | DEFAKTO.AZ “Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq – SƏBƏB – DEFAKTO.AZ

“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq – SƏBƏB

12




“Mançester Yunayted” növbəti mövsüm Çempionlar Liqasında oynamaq üçün riyazi şansını itirib.

Belə ki, komanda İngiltərə Premyer Liqasının 35-ci turunda “Börnli” ilə heç-heçə edib – 1:1.

İngiltərə çempionatının 34 oyunundan sonra Erik ten Haqın rəhbərliyi altında “Mançester Yunayted” 54 xal toplayıb və altıncı pillədə qərarlaşıb. Halbuki dördüncü pillədə qərarlaşan “Aston Villa”nın 35 görüşdən sonra 67 xalı var və o “qırmızı şeytanlar” üçün artıq əlçatmazdır.

Mankunianlılar indi yalnız Avropa Liqasına və ya Konfrans Liqasına düşmək üçün mübarizə apara bilərlər.

Mənbə: championat.com