Şəmkirdə yol-nəqliyyat hadisəsində gənc qadın və iki övladı xəsarət alıb | DEFAKTO.AZ Şəmkirdə yol-nəqliyyat hadisəsində gənc qadın və iki övladı xəsarət alıb – DEFAKTO.AZ

Şəmkirdə yol-nəqliyyat hadisəsində gənc qadın və iki övladı xəsarət alıb

88


Şəmkir rayonunun Seyfəli kəndində yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

“DEFAKTO.az”un məlumatına görə, VAZ-21017 markalı avtomobilin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində 1995-ci il təvəllüdlü F.Qədirova və övladları – 2012-ci il təvəllüdlü Z.Abbasova, 2014-cü il təvəllüdlü B.Abbasov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.