Şagirdlərin qiymətləndirilməsi ilə bağlı yeni layihə hazırlandı – RƏSMİ | DEFAKTO.AZ Şagirdlərin qiymətləndirilməsi ilə bağlı yeni layihə hazırlandı – RƏSMİ – DEFAKTO.AZ

Şagirdlərin qiymətləndirilməsi ilə bağlı yeni layihə hazırlandı – RƏSMİ

113

“2020-2021-ci tədris ilində mövcud vəziyyət nəzərə alınaraq, məktəbdaxili qiymətləndirmə ilə bağlı Təhsil Nazirliyinin Kollegiyasının qərar layihəsi hazırlanıb”.

Defakto.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə “Virtual məktəb”də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, layihə üzrə təklif və rəylər toplanır:

“Yekun sənəd formalaşandan sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir