"Epi" ləqəbli reper Əkbər Novruzlu həbs olunub

Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.
Defakto.az-ın APA-ya istinadən xəbərinə görə, bununla bağlı məhkəmə qərar qərar verib.
O, inzibati qaydada 30 sutka müddətinə həbs edilib.
Qeyd edək ki, Əkbər Novruzlunun (Epi) bir neçə gün əvvəl Bakı bulvarında keçirilən tədbirdə söyüş yer alan repə görə saxlandığı bildirilir. Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Faktla bağlı araşdırma aparılır.