FHN Laçındakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Defakto.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
***
Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.
Defakto.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, aidiyyəti qurumlar hazırda ərazidədir.