"Sumqayıt" yeni transferini açıqladı

image

"Sumqayıt" maqadaskarlı hücumçunun transferini açıqlayıb.

Klubdan Defakto.aza verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi ötən ilin yayında "Səbail"dən ayrılan Aleksandr Ramalinqomu sıralarına cəlb edib.

Qeyd edək ki, Ramalinqom 2022-2023-cü illərdə "Səbail"də çıxış edib.