"Sirlərinizi heç vaxt süni intellektlə bölüşməyin" - Oksfordun professoru

"Sirlərinizi heç vaxt süni intellektlə bölüşməyin".
Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Oksford Universtetinin kompüter elmləri professoru Mayk Vulric deyib. O, ChatGPT kimi süni intellekt vasitələrinin insanlar arasında qurulan həqiqi əlaqədən uzaq olduğunu vurğulayıb:
“ChatGPT-nin empatiyası yoxdur. Onun simpatiyası yoxdur. O, sadəcə sizə eşitmək istədiyinizi söyləməyə çalışır".
Mütəxəssis insanlara xəbərdarlıq edərək deyib ki, bu sistemlərə daxil edilən hər hansı məlumatın gələcək modelləri yetişdirmək üçün istifadə oluna bilər:
“Müdirinizlə bağlı şəxsi söhbəti, partnyorunuzla bağlı problemi və ya siyasi baxışlarınızı ChatGPT-də ifşa etmək böyük səhv ola bilər”, - deyə o əlavə edib.
Billurə Yunus