Sabirabadda kişi arvadı tərəfindən döyüldü

image

Sabirabadda kişinin arvadı tərəfindən döyülüb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Defakto.az-a bildirilib ki, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində DİN-nin “102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək, həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.

Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı polis şöbəsində araşdırma aparılır.