Göyərtəsində "bomba" olan təyyarə ölkəni BİR-BİRİNƏ VURDU

Küveyt səlahiyyətliləri "Bəhraini Gulf Air" təyyarəsinin göyərtəsində bomba olduğu barədə yalan məlumat alıb.
Defakto.az xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya idarəsi məlumat yayıb.
Təyyarə təhlükəsiz şəkildə Küveytə eniş edib, bütün sərnişinlər təxliyə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarəni yoxlayıb və heç bir partlayıcı qurğu aşkar etməyiblər.
“Bu mesaja görə məsuliyyət daşıyan şəxs saxlanılıb və barəsində tədbir görülüb”, - məlumatda deyilir.
Hadisə Küveyt Beynəlxalq Hava Limanında hava hərəkətini pozmayıb.(Publika.az)