"Liverpul"dan rəsmən yeni transfer

"Liverpul" növbəti transferini açıqlayıb.
Defakto.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mersisayd təmsilçisi "Puşkaş Akademiya"sından Armin Peçini heyətinə cəlb edib. 20 yaşlı qapıçı həmçinin Macarıstan U-21 millisinin üzvüdür.
Qeyd edək ki, Amin Peçi "Puşkaş Akademiyası"nın yetirməsidir.