Türkiyədən Ankaranın Pakistana təyyarələrlə silah göndərməsi xəbərinə REAKSİYA

Milli Müdafiə Nazirliyi Türkiyənin Pakistana silahla dolu 6 təyyarə göndərdiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Defakto.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) son günlər Türkiyənin Pakistana 6 təyyarə dolusu silah göndərməsi ilə bağlı iddialarınə təkzib edib.
"Bəzi mətbuat və nəşrlərdə "Türkiyə Pakistana silahla dolu 6 təyyarə göndərdi" iddiası doğru deyil. Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş etdi. Daha sonra müəyyən etdiyi marşrutla davam etdi. Səlahiyyətli şəxs və qurumların açıqlamaları xaricində yayılan spekulyativ xəbərlərə etibar edilməməlidir", - nazirliyin məlumatında deyilir.
Mürtəza
Defakto.az