Nərimanovda dayı bacısı qızını bıçaqlayıb

Bakıda dayı bacısı qızını bıçaqlayıb.
Defakto.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə aprelin 26-da Nərimanov rayonunda baş verib.
1992-ci il təvəllüdlü F.Baxışlı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılıb.
Nərimanov RPİ-nin keçirdiyi tədbirlərlə onu bıçaqlayan dayısı saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.