Hindistanla Pakistan arasında gərginlik: Ardıcıl silahlı toqquşmalar olub

image

Hindistan və Pakistan əsgərləri arasında silahlı toqquşma baş verib.

Defakto.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” paylaşıb.

Belə ki, Hindistanın Kəşmir bölgəsində 26 turistin ölümünə səbəb olan və Pakistan tərəfinin ittiham edildiyi hücumdan sonra tərəflər arasında münasibətlər sürətlə pisləşib.

Bu gün Hindistan və Pakistan əsgərləri atışma baş verib.

İnternet mənbələrinə görə, Pakistan Xarici İşlər Nazirliyi Hindistana qarşı diplomatik sanksiyalar tətbiq edərək, sərhəd qapılarını bağlayıb və Hindistan hərbi məsləhətçilərinin 48 saat ərzində ölkəni tərk etmələrini tələb edib. 

Hindistan Pakistanı atəşkəsi pozmaqda ittiham edib.

Qarşıdurmalarda itkilərin olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Kəşmir məsələsi 1947-ci ildən bəri iki ölkəni bir-birinə qarşı qoyur. 2003-cü ildə atəşkəs razılaşmasına baxmayaraq, toqquşmalar tez-tez baş verir. 

Son hadisələr regionda gərginliyi daha da artırsa da, beynəlxalq ictimaiyyət tərəfləri sakit olmağa çağırıb. 

Billurə Yunus