Papa Romada dəfn edildi

image

Roma Papası Fransiskin cəsədi olan tabut Santa Maria Maggiore kilsəsindəki məzara qoyulub.

Defakto.az bu barədə "Reuters"ə istinadla xəbər verir.

Məlumata görə, onun qəbiri mərmər plitədir və üzərində “Fransisk” yazısı var. Papanın Vatikanda keçirilən dəfn mərasimində 200 minə yaxın insan iştirak edib. 

Xatırladaq ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Papa öz vəsiyyətində heç bir xüsusi bəzəkləri olmayan sadə bir məzarda dəfn edilməsini xahiş edib. Dəfn mərasimində 160 nümayəndə heyəti, o cümlədən 60-dan çox dövlət və hökumət başçısı iştirak edib. Qonaqlar arasında ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya da var.

Həmidə İbrahimova