Mbappe "Xetafe" ilə oyunu buraxacaq

image

İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe La Liqanın XXXIII turunda qarşılaşacaqları "Xetafe" ilə oyunda iştirak etməyəcək.

Defakto.az xəbər verir ki, onun adı topuğundakı zədə səbəbindən qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Fransa millisinin üzvü əvvəlki turda, "Atletik" kollektivi ilə keçirilən görüşdə də meydana çıxmamışdı.

Qeyd edək ki, "Xetafe" - "Real" matçı aprelin 23-də baş tutacaq.