"Mançester Siti" Pedro Porronu transfer etməyi düşünür

İngiltərənin "Mançester Siti" klubu Premyer Liqanın digər təmsilçisi "Tottenhem"in müdafiəçisi Pedro Porronu transfer etməyi düşünür.
Defakto.az xəbər verir ki, hotspurlular bu keçidə müsbət yanaşır və 25 yaşlı oyunçunu 50 milyon funt-sterlinqə satmağa hazırdır.
"Şəhərlilər" Porronu bu mövqedə çıxış edən Kayl Uokerin əvəzləyicisi qismində görür.
Qeyd edək ki, Pedro Porro 2019-2022-ci illərdə “Mançester Siti”də çıxış edib. O, cari mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 46 oyun keçirib və 3 qol vurub. İspaniyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.