Həbib Nurməhəmmədov Bakıya gəlir - FOTO

image

Keçmiş MMA döyüşçüsü Həbib Nurməhəmmədov Bakıya gəlir.

Defakto.az xəbər verir ki, bu barədə Nurməhəmmədov özü sosial şəbəkədə yazıb.

"Qonaqpərvər Azərbaycana Tagir Ulanbekovla birlikdə uçacağıq. Yalnız qələbə",- deyə o əlavə edib.

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov UFC-nin Bakıda keçiriləcək turnirinə qatılacaq.

Ulanbekov iyunun 21-də Bakıda keçiriləcək UFC turnirində yaponiyalı döyüşçü Kyoji Horiquçi ilə qarşılaşacaq.

Məlumata görə, tədbir “Baku Crystal Hall”da baş tutacaq.

Billurə