Şəkidə yol qəzası - Ölən və yaralananlar var

Şəkidə ağır yol qəzası baş verib, ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb.
Belə ki, 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Qəza zamanı sürücü T. Şirəliyev, avtomobildə olan sərnişinlər - sürücünün oğlu 2016-cı il təvəllüdlü Kənan Təvəkkül oğlu Şirəlizadə və azyaşlının xalası oğlu 2010-cu il təvəllüdlü Fəqan Şahin oğlu Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücü T. Şirəliyevin həyatını xilas etmək mümkün olmayıb.
TƏBİB-dən Defakto.az-a verilən məlumata görə, onların hər birinə ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdiribiliblər. Travmatik şok diaqnozu təyin edilən, vəziyyəti ağır qiymətləndirilən 1981-ci il təvəllüdlü şəxsə zəruri reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, saat 04:20-də ölüm faktı qeydə alınıb.
Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən 2010-cu il təvəllüdlü yeniyetmə və dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilən 2016-cı il təvəllüdlü azyaşlının da vəziyyəti ağır qiymətləndirilir.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.