Bu ölkədə 100 ilin ən yüksək temperaturu qeydə alınıb

İyulun 26-da Macarıstanda 100 ildən artıq müddət ərzində ən yüksək temperatur qeydə alınıb.
Defakto.az xəbər verir ki, Macarıstanın cənub-şərqindəki Şarkad Malomfok meteoroloji stansiyasında iyulun 26-da gün ərzində 41.3 dərəcə isti qeydə alınıb.
İndiyədək ölkədə qeydə alınmış temperatur XX əsrin əvvəllərində 41.9 dərəcə isti olub.