ABŞ haqsızlıq edir, Rusiyaya partlayıcı göndərsək də... - Dehli

Hindistan şirkəti ABŞ-ın Rusiyaya tədarük edilən partlayıcı maddələrə görə sanksiya tətbiq etməsini haqsızlıq hesab edib.
Defakto.az xəbər verir ki, bu barədə “Reuers” məlumat yayıb.
“İdeal Detonators” şirkəti nəşrə ünvanladığı məktubda bildirib ki, Hindistan qaydalara əməl edir və göndərilən maddə mülki sənaye məqsədləri üçün nəzərdə tutulub, hərbi sinfə aid deyil.
“Məhsul sənaye fəaliyyətləri üçün nəzərdə tutulub və bu, mülki partlayıcı maddədir”.