Sevgilisindən ayrılan oğlan özünü binadan atdı

image

Qazaxıstanda sevgilisindən ayrılan oğlan intihar edib.

Defakto.az Lent.az-a istinadla bildirir ki, sərxoş gənc tamamilə lüt olub və hündürmərtəbəli binanın damına çıxıb.

Xilasedicilər ona yaxınlaşmaq istəyəndə o, özünü aşağı atıb.

Oğlan aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə şahidlərinin sözlərinə görə, qız "qəribə davranışına" görə onu tərk edib.