Ağdamda açıq ərazilərdə başlayan yanğın hələ də davam edir - YENİLƏNİB

Ağdam rayonunun Abdal və Gülablı kəndləri ərazisində başlayan yanğın davam edir.
Defakto.az APA-ya istinadla xəbər verir ki, hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin briqadaları; canlı qüvvə və texnikaları cəlb olunub.
Gündüz saatlarında ərazidə helikopterlər fasiləsiz çalışıb. Lakin ərazidə tüstü və dumanın yaratdığı görmə məhdudiyyəti havadan müdaxiləni mümkünsüz edib.
Onu da qeyd edək ki, əraziyə ətraf rayonlardan da əlavə heyət cəlb olunub.
Yanğınla mübarizə tam gücü ilə davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Defakto.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
Ağdamın işğaldan azad edilmiş Gülablı kəndində də yanğın başlayıb.
Defakto.az “Qafqazinfo”ya istinadla bununla bağlı görüntüləri təqdime edir.
Görüntülərdən də aydın olur ki, yanğın geniş ərazini əhatə edir.