Zelenski: Danışıqlarda Putinlə görüşün keçirilməsində irəliləyiş əldə edilib

İstanbulda Rusiya ilə Ukrayna arasında keçirilən görüşdə iki ölkə liderlərinin mümkün sammitini müzakirə etməyə başlayıblar.
Defakto.az “Reuters” istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Zelenski Putinlə sammitin təşkili məsələsində bəzi irəliləyişlər olduğunu qeyd edib.
"Onlar bunu bizimlə danışıqlar zamanı müzakirə etməyə başladılar. Bu, artıq hansısa görüş formatına doğru irəliləyişdir", - Zelenski qeyd edib.
İstanbulda keçirilən birbaşa danışıqların üçüncü raundu başa çatdıqdan sonra Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, belə bir görüş yalnız sülh sazişinin imzalanmağa hazır olduğu mərhələdə mümkündür. Onun fikrincə, görüşdə saziş müzakirə olunmamalı, “nöqtə” qoyulmalı və imzalanmalıdır.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov danışıqlardan sonra bildirib ki, liderlər səviyyəsində görüş “real siyasi tərəqqinin kilidini açmağa qadirdir”. Vladimir Zelenski bildirib ki, belə bir sammitin müzakirəsi Ukrayna nümayəndə heyətinin Rusiya tərəfi ilə görüşdə ən mühüm vəzifələrindən biridir.
Mürtəza