"Qarabağ" səfərdə "Şelburn"a böyük hesabla qalib gəlib - YENİLƏNİB

image

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.

Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında üçüncü qol vurulub.

Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi üç topa yüksəldib - 3:0.

Qarşılaşmanın 85-ci dəqiqəsində Nəriman Axundzadə meydan adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" "Şelburn"la matçda hesabı açıb.

Ağdam klubunun heyətində Leandro Andrade fərqlənib - 1:0.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" - "Qarabağ" matçı start götürüb.

Defakto.az xəbər verir ki, qarşılaşma Dublindəki "Tolka Park" stadionunda keçirilir.

Görüşü xorvatiyalı referi Ante Kulina idarə edir.