Bakıda pul ödəmə terminallarını talayan şəxs saxlanılıb | DEFAKTO.AZ Bakıda pul ödəmə terminallarını talayan şəxs saxlanılıb – DEFAKTO.AZ

Bakıda pul ödəmə terminallarını talayan şəxs saxlanılıb

18

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda pul ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs müəyyən olunub.  

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi rayonunda 2 864, 1 157, 4 496 manat və Sabunçu rayonunda 800 manat olmaqla ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunan Qəzənfər Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib. 

Araşdırma aparılır.