Pərviz Mirizadə: Azərbaycan və İtaliyanın sıx əməkdaşlıq etməsi hər iki dövlətin inkişafına müsbət təsir göstərəcək | DEFAKTO.AZ Pərviz Mirizadə: Azərbaycan və İtaliyanın sıx əməkdaşlıq etməsi hər iki dövlətin inkişafına müsbət təsir göstərəcək – DEFAKTO.AZ

Pərviz Mirizadə: Azərbaycan və İtaliyanın sıx əməkdaşlıq etməsi hər iki dövlətin inkişafına müsbət təsir göstərəcək

88

Azərbaycan və İtaliyanın sıx əməkdaşlıq etməsi hər iki dövlətin inkişafına müsbət təsir göstərəcək bir amildir. Bu gün İtaliya köhnə qitədə enerji təhlükəsizliyi cəhətdən ən üstün mövqeyə sahib olan az saylı dövlətlərdən biridir. Bunun əsas səbəbi İtaliyanın hər zaman Azərbaycan kimi etibarlı tərəfdaşa doğru mövqeydən yanaşıb, düzgün münasibət göstərməsidir.

Hal-hazırda Avropa dövlətlərinin enerji stokladigi anbarlar boşalmış vəziyətdədir buna əlavə olaraqda bir neçə gün öncə Rusiyanın Avropaya qaz nəqlini dayandırması köhnə qitəni daha da çıxılmaz vəziyyətə sürükləyir. Yəni zaman İtaliyanın necə doğru və düzgün siyasət aparmasını bir daha göstərmiş oldu. Bəs İtaliya kimi etibarlı tərəfdaşın olmağı Azərbaycana nə kimi dividentlər qazandırır?

İlk öncə onu demək lazımdır ki, İtaliya inkişafda olan dövlət yox, inkişaf etmiş dövlətdir. İtaliya iqtisadi gücünə görə dünyanın 10 ən böyük iqtisadiyati arasındadır. İtaliya çox inkişaf etmiş təhsil sisteminə sahib olan bir ölkədir. Bununla yanaşı sənayenin hər bir növü burada ciddi təkamül keçmişdir.

Qida sənayesi, turizm, ağır sənaye, tibb sənayesi, hərbi sənaye. Xüsusilə burada hərbi sənayeni xüsusi vurğulamaq istəyirəm. Hər üç hərbi ( dəniz,hava,quru) qoşun növlərində istifadə olunun texnologiyanın 85-90% -nı daxili istehsal hesabına ödənir. Buda çox böyük bir göstəricidir. Nəzərə alsaq ki, Azərbaycan inkişaf etməkdə olan bir dövlətdir, iqtisadiyatin, sənayenin hər bir növündə İtaliyanın texnologi üstünluyundən yararlanmaq labüddür.

Mən əminəm ki, bu günki gündə İtaliya hər bir sahədə Azərbaycana bəli bir səviyyədə texnologi transfer etməkdən çəkinməz. Bizdə İtaliyanın bu cür texnologi üstünluyundən lazımi səviyyədə yararlanmalıyıq.

Pərviz Mirizadə

Ana Vətən Partiyası Biləsuvar rayon təşkilatının sədri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir