Oğuzda dörd gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb | DEFAKTO.AZ Oğuzda dörd gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb – DEFAKTO.AZ

Oğuzda dörd gün əvvəl yol qəzasına düşən şəxs xəstəxanada ölüb

33

Oğuz rayonunda yol qəzasına düşən yaralılardan biri ölüb.

“DEFAKTO.az” xəbər verir ki, hadisə avqustun 30-u axşam saatlarında rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Yusif Abışovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çarpılıb. Nəticədə Y.Abışov və onun sərnişini Böyükağa Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü Oğuz Rayon Mərkəzi Xəstəxanasına, B.Hacıyev isə vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. B.Hacıyev həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.