Jurnalist Həmid Həmidov “Ekspertə yüz sual” layihəsinin qonağı olub – FOTO | DEFAKTO.AZ Jurnalist Həmid Həmidov “Ekspertə yüz sual” layihəsinin qonağı olub – FOTO – DEFAKTO.AZ

Jurnalist Həmid Həmidov “Ekspertə yüz sual” layihəsinin qonağı olub – FOTO

6




“RuZu_S.O.S” hərəkatının təşkil etdiyi “Ekspertə yüz sual” layihəsinin növbəti qonağı jurnalist Həmid Həmidov olub.

“DEFAKTO.az” xəbər verir ki, layihə insanların peşə seçiminə kömək etmək, o cümlədən Azərbaycanda biznesin inkişafına töhfə vermək məqsədilə yaradılıb.

“Layihəmiz ona görə yaradılıb ki, peşə seçən gənclər və karyera yolunu dəyişmək istəyən böyüklər onları maraqlandıran bütün sualları fəaliyyət sahələri üzrə mütəxəssislərə vermək imkanı əldə etsinlər”, – layihənin təşkilatçısı, biznes-kouç Zümrüd Rüstəmova deyib.

Həmid Həmidov tədbir iştirakçılarına öz həyatı, karyerası, jurnalistika və sahibkarlıq sahələrində qazandığı uğurlardan bəhs edib.

Həmidovun sözlərinə görə, Azərbaycanda çoxlu sayda insan, təəssüf ki, öz işinə həvəs göstərmir: “Bu bizim ölkə üçün böyük problemdir, mən bizneslə məşğul olanda gördüyüm işdən böyük zövq alırdım, istirahət günü olmadan işləyirdim”.

Açılış nitqindən sonra qonaqlar ekspertə onun karyerası, biznes sahəsində şəxsi təcrübəsi və s. ilə bağlı suallar veriblər.