Ermənistanda hərbi hissədə atışma: Yaralılar var | DEFAKTO.AZ Ermənistanda hərbi hissədə atışma: Yaralılar var – DEFAKTO.AZ

Ermənistanda hərbi hissədə atışma: Yaralılar var

67

Ermənistanda hərbi hissələrin birində atışma baş verib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, dünən saat 19:30 radələrində ölkənin cənub istiqamətində yerləşən hərbi hissələrin birində bir əsgərin açdığı atəş nəticəsində müddətli həqiqi hərbi qulluqçu, sıravi əsgər Senik Aşotoviç Arzumanyan ölümcül yaralanıb.

Müdafiə Nazirliyi əlavə edib ki, hadisə zamanı daha iki hərbçi yaralanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir