Hikmət Hacıyev Türkiyəyə getdi | DEFAKTO.AZ Hikmət Hacıyev Türkiyəyə getdi – DEFAKTO.AZ

Hikmət Hacıyev Türkiyəyə getdi

86

Azərbaycan Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfərə gedib.

Defakto.az xəbər verir ki, o, İstanbul şəhərində keçirilən 21-ci Beynəlxlaq Strateji Kommunikasiya forumunda iştirak edir.

Bu gün İstanbulda başlayan tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, şirkət təmsilçiləri, mütəxəssislər iştirak edirlər.

Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan video-müraciəti səsləndiriləcək.

Forum iki gün davam edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir