İsmayıllı Rayon İcra Hakimiyyətində bir qrup təhsil işçisi ilə görüş keçirilib | DEFAKTO.AZ İsmayıllı Rayon İcra Hakimiyyətində bir qrup təhsil işçisi ilə görüş keçirilib – DEFAKTO.AZ

İsmayıllı Rayon İcra Hakimiyyətində bir qrup təhsil işçisi ilə görüş keçirilib

324

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı səmərəli fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən təltif olunan və şəhid general Polad Həşimovun xatirəsinə həsr edilmiş “Zəfər” adlı olimpiadanın qalibi olmuş müəllimlərlə görüşüb.

Defakto.az xəbər verir ki, görüş zamanı rayon rəhbəri müəllimlərlə təhsil barədə söhbət edib, prioritetlərlə maraqlanıb, təhsildə əldə edilən nailiyyətlərdə müəllimlərin əvəzsiz rolunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Daha sonra Təhsil Nazirliyinin layiq gördüyü döş nişanı və fəxri fərmanlar təhsil işçilərinə təqdim edilib.

Sonda xatirə şəkilləri çəkilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir