Bu cinayətləri törədənlər amnistiyaya düşməyəcək | DEFAKTO.AZ Bu cinayətləri törədənlər amnistiyaya düşməyəcək – DEFAKTO.AZ

Bu cinayətləri törədənlər amnistiyaya düşməyəcək

91

“Korrupsiya cinayətləri, vəzifə səlahiyyətlərdən sui-istifadə, dövlət büdcəsindən təyinatı üzrə istifadə etməmə, vəzifə səlahiyyətlərini aşma, rüşvət vermə və digər cinayətlər bu amnistiyanın əhatə dairəsinə daxil deyil”. 

Bunu deputat Kamal Cəfərov parlamentin iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu amnistiya vətənimizin ərazi bütövlüyü ilə bağlı hər hansısa formada zərər görən bütün şəxslərə şamil edilir: “Ona görə də həm əhatə dairəsinə görə, həm mahiyyətinə görə qarşıdan gələn Zəfər Gününə layiq bir aktdır və cənab Prezidentin xalqa hədiyyəsidir”. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir