YAP-ın Gənclər təşkilatının sabiq sədr müavini həbs edildi | DEFAKTO.AZ YAP-ın Gənclər təşkilatının sabiq sədr müavini həbs edildi – DEFAKTO.AZ

YAP-ın Gənclər təşkilatının sabiq sədr müavini həbs edildi

42

Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının eks-sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva həbs edilib.

Defakto.az xəbər verir ki, A.Əliyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bir neçə ay öncə isə çıxarılan hökmlə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Əliyeva YAP Binəqədi rayon təşkilatının Qadınlar şurasının sədri olub. Sentyabr ayında keçirilən seçkilərdə şura ləğv edildiyi üçün A.Əliyeva bu vəzifəsini itirib.

Qeyd edək ki, bu barədə ilk xəbəri unikal.org saytı yayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir