“Vidadi Muradovun azad edilməsi birmənalı qarşılanmamışdı” | DEFAKTO.AZ “Vidadi Muradovun azad edilməsi birmənalı qarşılanmamışdı” – DEFAKTO.AZ

“Vidadi Muradovun azad edilməsi birmənalı qarşılanmamışdı”

60

Deputat Fazil Mustafa “Azərxalça”nın sabiq sədri və bu gün vəfat edən Vidadi Muradovun həbsdən azad edilməsini cəmiyyətin birmənalı qarşılamadığını bildirib.

Deputat parlamentdə çıxışında qeyd edib ki, müharibədən sonra ədalət anlayışı da “işğaldan” azad edilməlidir: “Bu günlərdə dövlətə 34 milyon ziyan vurmuş şəxsi həbsdən azad etdilər. Onkoloji xəstə olduğuna görə, bu, normal hal idi. Bu gün də həmin şəxs vəfat etdi. Amma cəmiyyət onun həbsdən azad edilməsini birmənalı qarşılamadı. Çünki bu hal hamıya şamil olunmur”.  

Qeyd edək ki, V.Muradov bu gecə dünyasını dəyişib.

Vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinərək bu ilin yanvarında həbs edilib. Noyabrın 1-də isə Vidadi Muradov səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir