Əməkdar artist Elizbar Osmanovu maşın vurdu, vəziyyəti ağırdır | DEFAKTO.AZ Əməkdar artist Elizbar Osmanovu maşın vurdu, vəziyyəti ağırdır – DEFAKTO.AZ

Əməkdar artist Elizbar Osmanovu maşın vurdu, vəziyyəti ağırdır

82

Əməkdar artist Elizbar Osmanovu maşın vurub. 

Defakto.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.  

Xəstəxanadan verilən məlumata görə, Əməkdar artist cərrahi əməliyyata alınıb. 

Əməliyyat bitib, xəstənin vəziyyəti ağırdı. 

Elizbar Osmanovu vuran “BMW” markalı maşının sürücüsü polis tərəfindən dindirilir.  

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə bu il “Əməkdar artist” fəxri adı verilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir