Fəzail Ağamalı Salyanda II Vətən Müharibəsi Şəhidlərinin anım mərasimində iştirak edib | DEFAKTO.AZ Fəzail Ağamalı Salyanda II Vətən Müharibəsi Şəhidlərinin anım mərasimində iştirak edib – DEFAKTO.AZ

Fəzail Ağamalı Salyanda II Vətən Müharibəsi Şəhidlərinin anım mərasimində iştirak edib

202

Deputat seçildiyim Salyan rayonunun Xələc və Çuxanlı kəndlərində II Vətən Müharibəsində qəhrəmanlıq göstərib Şəhidlik zirvəsinə yüksələn Gizir Əjdər Dadaşovun, XTQ – nin Kapitan Kamil Şirinovun il mərasimində Salyan rayon icra başçısı Sevindik Hətəmov və rayonun Hüquq Mühafizə Orqanlarının rəhbərləri ilə birlikdə iştrak etdim. 

Eyni zamanda Çuxanlı kəndində Şəhidlərin şərəfinə kənd bələdiyyəsinin və onun qardaşının maliyyə vəsaiti ilə tikilən Xatirə Lövhəsinin açılışında oldum.Şəhidlərimizə dualar oxuduq. Bizə qələbə sevincini yaşadan qürur və şərəf tariximizi millətimizə təqdim edən Ali Baş Komandana vətəndaş olaraq minnətdarlığımızı ifadə etdik. Bütün Şəhidlərimizə rəhmət dilədik. Qazilərimizə və Vətən Müharibəsinin iştrakçısı olan bütün əsgər və zabitlərimizə can sağlığı arzuladıq.

Fəzail Ağamalı, AVP sədri, Millət vəkili




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir