Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar – VİDEO | DEFAKTO.AZ Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar – VİDEO – DEFAKTO.AZ

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar – VİDEO

4




Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib.

Bu barədə DEFAKTO.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Keçirilən tədbirlərlə kəsici-deşici alətlərin rayon ərazisində  yerləşən mağazalarda satışını təşkil edən iki nəfər şəxs müəyyən olunaraq saxlanılıblar. 

Onlardan xəsarət yetirmək təyinatına malik xeyli sayda kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. 

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək.