“Şeytan çarxı” fəaliyyətini dayandırıb? – RƏSMİ AÇIQLAMA + FOTO | DEFAKTO.AZ “Şeytan çarxı” fəaliyyətini dayandırıb? – RƏSMİ AÇIQLAMA + FOTO – DEFAKTO.AZ

“Şeytan çarxı” fəaliyyətini dayandırıb? – RƏSMİ AÇIQLAMA + FOTO

5




Sosial şəbəkələrdə paytaxtda bulvar ərazisində yerləşən “Panoram attraksionu”nun (şeytan çarxı) fəaliyyətinin dayandırılması ilə bağlı məlumatlara rast gəlinib. Bu, əylənmək istəyənləri bir qədər narahat edib.

DEFAKTO.az-ın əməkdaşı məsələyə aydınlıq gətirilməsi üçün Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlayıb.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Şeytan çarxı”nın fəaliyyətinin dayandırması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:

 “Şeytan çarxı” fəaliyyətini dayandırmayıb. Attraksion fəaliyyət göstərir. Yayılan məlumatlar absurddur. Attraksionun fəaliyyəti ümumiyyətlə dayandırılmayıb. Sadəcə küləkli hava şəraitində işləməsi mümkün deyil. Fəaliyyətə başladığı ilk gündən bu prinsiplə çalışır”.

Qeyd edək ki, attraksion 2014-cü ildən fəaliyyət göstərir. Ötən il təmirə bağlanan “Şeytan çarxı” bu il martın 16-da fəaliyyətini bərpa edib.

Nəzrin Vahid