“Türkiyədən müsbət siqnallar almışıq” – Paşinyan | DEFAKTO.AZ “Türkiyədən müsbət siqnallar almışıq” – Paşinyan – DEFAKTO.AZ

“Türkiyədən müsbət siqnallar almışıq” – Paşinyan

59

“Ermənistan regionda sülhün bərqərar olunması istiqamətində Türkiyədən bəzi müsbət siqnallar alıb”.

“defakto” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclası zamanı deyib.

“Regionda sülhün bərqərar olunması ilə bağlı məsələyə gəldikdə, deməliyəm ki, Türkiyədən bəzi müsbət siqnallar almışıq. Biz bu siqnalları qiymətləndirəcəyik və müsbət siqnallara müsbət siqnallar ilə cavab verəcəyik”, – deyə Paşinyan qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir