STRATEJİ VƏ HƏRBİ ƏHƏMİYYƏTLİ PERSPEKTİVLƏR | DEFAKTO.AZ STRATEJİ VƏ HƏRBİ ƏHƏMİYYƏTLİ PERSPEKTİVLƏR – DEFAKTO.AZ

STRATEJİ VƏ HƏRBİ ƏHƏMİYYƏTLİ PERSPEKTİVLƏR

65

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Prezidentimiz səfər çərçivəsində müharibə dövründə bu ərazilrdə gedən hərbi əməliyyatlardan danışaraq göstərib ki, xüsusən Kəlbəcərdə müharibənin taleyini həll edən döyüşlər olub. Müharibənin ilk günlərində Murov dağı və ətraf yerlərdəki strateji yüksəkliklərin azad olunması düşmənin hərəkətini məhdudlaşdırıb və onların Basarkeçər-Kəlbəcər yolundan istifadə etməsinə imkan verilməyib. Ərazi hərbi və strateji baxımdan Azərbaycan üçün cox vacib olduğu üçün ordumuz bu vəzifənin öhdəsindən layiqincə gələ bildi, 44 günlük Vətən mühariibəsində erməni mifini tamamilə darmadağın etdi.
Dövlət başçısı qeyd edib ki, biz, eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədimizi möhkəmləndiririk. Bu sərhəd 30 ilə yaxın müddət ərzində ermənilərin əlində idi və biz may ayında qarlar əriyəndən sonra bu sərhədlərə çıxmışıq, öz mövqelərimizi tutmuşuq, Zəngəzurda yerləşmişik və orada möhkəmlənirik. Bu, bizim torpağımızdır. Azərbaycan öz sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atır. Bakı İrəvana və qeyri-adekvat fikirlər səsləndirən havadarlarına mövqeyini nümayiş etdirdi: geri çəkilmə olmayacaq, reallıq qəbul olunmalıdır, lazım olarsa, Azərbaycan sərhədçiləri hazırkı mövqelərdən də irəli gedə bilərlər.
Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında deyib ki, biz indi genişmiqyaslı bərpa işlərinə start verdik. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda. Artıq yarımstansiya fəaliyyətə başladı, su elektrik stansiyasının tikintisi gedir, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməli qoyuldu və digər infrastruktur layihələri artıq icra edilməkdədir. Eyni zamanda, biz pilot layihələr kimi Kəlbəcər və Laçın rayonlarının arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərini buraya göndərdik, şərait yaratdıq ki, onlar işə başlasınlar və artıq bu işlərə də start verildi. Beləliklə, Ermənistan tərəfindən səslənən fikirlər tamamilə əsassızdır. Biz öz torpağımızdayıq, Qaragöl də bizimdir, başqa yerlər də bizimdir. Əgər o sərhəd onların dediyi yerdən keçirdisə, durardılar o sərhəddə. Durardılar, deyərdilər ki, sərhəd budur.
Azərbaycan Prezidenti vurğulayıb ki, indi Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca – Murovdağdan ta Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır, biz bu sərhədlərdə möhkəmlənirik. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq. Qarabağda məskunlaşmış ermənilərinsə tək bir yolu var: ağlını başına toplayıb, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edərək, adam kimi yaşamaq.
Razi Məmmədov, ziyalı, müəllim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir