ELMİN, TƏHSİLİN, SƏHİYYƏNİN,İDMANIN QAYĞIKEŞİ | DEFAKTO.AZ ELMİN, TƏHSİLİN, SƏHİYYƏNİN,İDMANIN QAYĞIKEŞİ – DEFAKTO.AZ

ELMİN, TƏHSİLİN, SƏHİYYƏNİN,
İDMANIN QAYĞIKEŞİ

61

Mehriban xanımın idmana böyük diqqət yetirməsi təsadüfi deyil. Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün çalışan Mehriban xanım gənc nəslin intellektual və fiziki inkişafı istiqamətində mühüm işlər görür. İndi hər bir Azərbaycan vətəndaşı tez-tez eşidir ki, Mehriban xanım təhsil, elm, incəsənət sahələrində müntəzəm olaraq proqramlar reallaşdırır. Yeni məktəblər inşa etdirir, təlim-tədris prosesinə lazımi şərait yaratmağa böyük dəstək verir. Bu aspektdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini ayrıca vurğulamaq lazımdır.

  Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi də həyata keçirdiyi işlərlə diqqəti çəkib. Azərbaycanın Birinci xanımı təhsil sahəsində beynəlxalq əməkdaşlığa ciddi diqqət yetirməkdədir. Belə ki, UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması istiqamətində çox faydalı addımlar atılır. Məsələn, "Təhsil hamı üçün" proqramı reallaşdırılır ki, onun da çərçivəsində texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələr üzrə çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Bunlar təhsilin məzmunca yeniləşdirilməsinə və məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqinə ciddi töhfələr verir. Deyilənlərlə yanaşı, məhz Mehriban xanımın zəhməti sayəsində UNESCO Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr hazırlayıb. Bu layihələrə təşkilatın baş direktoru rəhbərlik edir.

  Mehriban xanım Əliyevanın həyat fəaliyyətini təhlil edən tədqiqatçılar bir məqamı xüsusi vurğulayırlar: Mehriban xanım təbiətən böyük humanist şəxsiyyətdir! Bu keyfiyyətin cilalanmasında və inkişafında Azərbaycanın Birinci xanımının böyüdüyü ailənin rolu çox böyük olmuşdur. Heç də təsadüfi deyildir ki, Mehriban xanım 4 dəfə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edib. Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülən bu təşəbbüs geniş ictimai dəstək qazanıb. Çünki amnistiya aktı qanunverici tərəfindən ifadə olunan humanizm və mərhəmət hissinin mücəssəməsidir.

Azərbaycanın Birinci xanımı gənclərin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması aspektində də çox səmərəli layihələr həyata keçirib. Onların sırasında sosialyönümlü layihələr ayrıca yer tutur. Bu bağlılıqda səhiyyə sahəsinə yardımların göstərilməsi önəm daşıyır. Mehriban xanım bu sahənin infrastrukturunun yeniləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli addımlar atır. O, xüsusilə tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə və həssaslıqla yanaşır. Belə ki, “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Mehriban xanım bu xəstəliklərdən əziyyət çəkən körpələrin və uşaqların şəfa tapmasına imkan yaradıb.
Gülər İsgəndərova, Cəlilabad şəhər sakini, həkim




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir