“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yenə bürünc medal qazanıb – YENİLƏNİB | DEFAKTO.AZ “Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yenə bürünc medal qazanıb – YENİLƏNİB – DEFAKTO.AZ

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yenə bürünc medal qazanıb – YENİLƏNİB

39

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.

“DEFAKTO.az”un məlumatına görə, 25 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Sardalaşvili təsəlliverici dueldə yığmamızın digər üzvü Turan Bayramovu üstələsə də, bu dəfə əlavə vaxtda Ağayevə məğlub olub. Bununla Azərbaycan yarışın birinci günündə ilk medalını qazanıb.

Balabəy Ağayev fevralda Bakıda təşkil edilən “Böyük Dəbilqə”də də fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Qeyd edək ki, Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaqlar.

11:12

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.

“DEFAKTO.az”un məlumatına görə, ilk gündə Azərbaycanın səkkiz cüdoçusu mübarizəyə qoşulacaq.

Onlardan dördü qadın, dördü kişi olacaq. Yalnız Acelya Toprak və Ruslan Paşayev öz çəki dərəcələrində yarışa 1/32 finaldan qoşulacaqlar. Digər cüdoçularımız isə 1/16 finaldan çıxış edəcəklər.

1/16 final: Leyla Əliyeva (48 kq) – Katarina Tanzer (Avstriya);

1/16 final: Gültac Məmmədəliyeva (52 kq) – Leonye Qonzales (Fransa) / Binta Ndiaye (İsveçrə) cütünün qalibi;

1/32 final: Acelya Toprak (57 kq) – Nino Loladze (Gürcüstan);

1/16 final: Fidan Əlizadə (57 kq) – İrina Zuyeva (AİN) / Qvantsa Mtçedlişvili (Gürcüstan) cütünün qalibi;

1/16 final: Turan Bayramov (60 kq) – Kvanq Cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) cütünün qalibi;

1/16 final: Balabəy Ağayev (60 kq) – Vicay Kumar Yadav (Hindistan);

1/32 final: Ruslan Paşayev (66 kq) – Gigi Otyaşvili (Gürcüstan);

1/16 final: Rəşad Yelkiyev (66 kq) – Olu Kubaniçbek Aybek (Qırğızıstan).

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan millisi doqquz çəki dərəsində 11 kişi, dörd qadın cüdoçu ilə yollanıb.