Azərbaycanda partiya sədri saxlanılıb | DEFAKTO.AZ Azərbaycanda partiya sədri saxlanılıb – DEFAKTO.AZ

Azərbaycanda partiya sədri saxlanılıb

5

Sosial şəbəkələrdə AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakta görə cinayət işi qaldırılıb, istintaq hərəkətləri davam etdirilir.