Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi – Rəsmi | DEFAKTO.AZ Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi – Rəsmi – DEFAKTO.AZ

Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi – Rəsmi

4

Müğənni Aslan Hüseynov vəfat edib.

“Defakto.az” Baku TV-yə istinadən xəbər verir ki, onun yol-nəqliyyat hadisəsi zamanı öldüyü deyilir.

Qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir.

Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır: “Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib”

Daha sonra Baş Dövlət Yol Polisi İdarəsindən müğənni Aslan Hüseynovun qəzada vəfat etdiyi təsdiqlənib: “Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Aslan Hüseynov vəfat edib”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir