Restoranın qarşısında yeniyetməni bıçaqlayan şəxsə ağır cəza verildi | DEFAKTO.AZ Restoranın qarşısında yeniyetməni bıçaqlayan şəxsə ağır cəza verildi – DEFAKTO.AZ

Restoranın qarşısında yeniyetməni bıçaqlayan şəxsə ağır cəza verildi

25


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərhad Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən restoranın qarşısında qeydə alınıb. 2003-cü il təvəllüdlü Fərhad Səmədov yetkinlik yaşına çatmayan, 2002-ci il təvəllüdlü Qasım Qasımovun (şərti) ona xəsarət yetirmək istədiyini bəhanə gətirib. Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində olan bıçaqla zərərçəkmişin qarın nahiyəsindən bir dəfə və yan nahiyəsindən bir dəfə qəsdən vurub. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən saxlanılan Fərhad Səmədov barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.