20 yaşlı qızın ölümü ilə bağlı cinayət işi açıldı

image

İyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə Defakto.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq",- məlumatda deyilir.