Məşhur aktyor bu ölkədə vəfat etdi - FOTO

image

Belaruslu teatr və kino aktyoru Andrey Borduxayev 49 yaşında Polşada vəfat edib.

Defakto.az xəbər verir ki, bu barədə onun dostu, rəssam İqor Siqov öz "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, aktyor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

"Uzun müddət Andrey və ailəsi xəstəlik barədə demək olar ki, heç kimə danışmayıb. Öz gücləri ilə öhdəsindən gələcəklərinə və bir gün ağır diaqnoz üzərindəki qələbə xəbərini sevinclə paylaşacaqlarına ümid edirdilər", - Siqov deyib.

Borduxayevin ölümünün dəqiq səbəbi məlum deyil.