Yardımlı rayon icra başçısının keçmiş müavini vəfat edib

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının sabiq müavini Kamal Aşurov vəfat edib.
Defakto.az xəbər verir ki, o 73 yaşında dünyasını dəyişib.
K. Aşurov icra başçısının müavini olmaqla yanaşı, Yardımlı Rayon İdman Cəmiyyətinin sədri, Rayon Sosial Təminat Şöbəsinin müdiri, Rayon Mədəniyyət Şöbəsinin müdiri, Rayon Təhsil Şöbəsinin müdiri kimi vəzifələrdə də çalışıb.
O, 1952-ci ildə Yardımlı rayonunda anadan olub.(Oxu.az)